Aşura mərasimləri ilə əlaqədar paytaxtda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Aşura mərasimləri ilə əlaqədar paytaxtda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 11 noyabr 2013 09:10 (UTC +04:00)

Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

V. Əsədov qeyd edib ki, noyabrın 14-ü saat 07-00 dan başlayaraq, mərasimin keçiriləcəyi “Təzəpir”, “Hacı Soltanəli”, “Bibiheybət”, “İçərişəhər”, “Əjdərbəy Cümə” məscidlərə, o cümlədən Qaraçuxur, Keşlə qəsəbələrində yerləşən məscidlərə, habelə Mir Mövsüm Ağa ziyarətgahına və digər məscid və ziyarətgahlara gedən yollarda nəqliyyatın hərəkət məhdudlaşdırılacaq.

Onun sözlərinə görə, bu, mərasim iştirakçılarının təhlükəsiz hərəkətinin təmin etmək məqsədi daşıyır. Məhdudiyyət mərasim bitənə qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR