Sumqayıtda Qarabağ şəhidlərinə abidə qoyulub

Sumqayıtda Qarabağ şəhidlərinə abidə qoyulub
# 09 may 2014 15:37 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov-APA. Bu gün Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində Dağlıq Qarabağ döyüşlərində şəhid olmuş Əhməd Məmmədov və Vəzir Əliyevin xatirə abidələri açılıb.

APA-nın məlumatına görə, abidələrin ucaldılmasının təşəbbüskarı Əlövsət Babayev mərasimdə şəhidlərin adının əbədiləşdirilməsinin vacibliyindən danışıb.

O, şəhidlərin xatirəsinin hər zaman yaşayacağını, onların qisasının alınacağını bildirib.

Daha sonra şəhidlərin övladları tərəfindən abidənin açılışı olub. Abidənin önünə əklil qoyulub.

Şəhid Əhməd Məmmədovun oğlu Zaur Əhməd çıxış edərək abidənin ucaldılmasında əməyi keçən şəxslərə təşəkkürünü bildirib. O, müstəqil Azərbaycanın tezliklə qələbə gününü qeyd edəcəyini vurğulayıb.

Sonra şəhidlərin yaxınları, ictimaiyyət nümayəndələri çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR