Komandan: “Daxili Qoşunların Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissəsinin döyüş hazırlığı yüksək səviyyədədir”

Komandan: “Daxili Qoşunların Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissəsinin döyüş hazırlığı yüksək səviyyədədir”
# 17 aprel 2014 12:07 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Daxili Qoşunların mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı, general-mayor Şahin Məmmədov aprelin 16-da qoşunların Naxçıvanda yerləşən “N” saylı hərbi hissəsində olarkən deyib.

Komandan hərbi hissədə xidməti-döyüş fəaliyyətinin təşkili və şəxsi heyətin sosial-məişət şəraiti ilə yaxından tanış olub, təlim-tədris yerlərinə, əsgər yataqxanalarına baxış keçirib, tibb məntəqəsində olan şəxsi heyətin səhhəti ilə də maraqlanıb.

Sonra Ş. Məmmədov xüsusi-taktiki təlimi izləyib.

Təlim zamanı yüksək mənəvi və döyüş keyfiyyətlərinə malik olan hərbi qulluqçuların silah və döyüş texnikasından məharətlə istifadə etdiklərini nəzərə çatdıran komandan, ümumilikdə hərbi hissənin döyüş hazırlığını yüksək qiymətləndirib.

Ötən illər ərzində hərbi hissənin maddi-texniki bazasının gücləndirilməsi, o cümlədən şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işləri yüksək qiymətləndirən Daxili Qoşunların Komandanı bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi qulluqçulara göstərdiyi hərtərəfli diqqət və qayğısının bariz nümunəsi adlandırıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR