DİN dünən Bakıda polis əməkdaşlarının törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb

DİN dünən Bakıda polis əməkdaşlarının törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb
# 07 iyun 2013 11:41 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi (DİN) dünən Bakıda polis əməkdaşlarının törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 6-da saat 13.00 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Sərdar Əhmədovun idarə etdiyi "VAZ-21011" markalı və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis leytenantı Nəriman Nərimanovun idarə etdiyi "VAZ-21015" markalı avtomobillər toqquşub. Nəticədə xəsarət alan S. Əhmədov və sərnişinləri, Bakı şəhər sakinləri Xəyal Həsənov, Əli Paşayev xəstəxanaya, N.Nərimanov və sərnişinləri, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları, polis kapitanı Bəbir Alxanlı, polis serjantı Tural Məmmədov və baş serjant Çingiz Azadəliyev isə DİN-nin Hospitalına yerləşdiriliblər.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR