Nikolay Bordyuja: “Bizim qarşımızda sülhməramlı qüvvələrimizi Dağlıq Qarabağa yeritmək vəzifəsi heç vaxt dayanmayıb”

Nikolay Bordyuja: “Bizim qarşımızda sülhməramlı qüvvələrimizi Dağlıq Qarabağa yeritmək vəzifəsi heç vaxt dayanmayıb”
# 21 oktyabr 2013 12:04 (UTC +04:00)

APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu KTMT baş katibi Nikolay Bordyuja deyib. O bildirib ki, KTMT sülhməramlılarının hansısa qaynar nöqtəyə və ya “dondurulmuş” münaqişənin olduğu əraziyə yeridilməsi vəzifəsi onların qarşısında heç vaxt qoyulmayıb.

N. Bordyuja qeyd edib ki, KTMT sülhməramlı qüvvələri bir neçə il əvvəl yaradılıb və hazırda birgə döyüş hazırlığı dövrünü keçirir: “Dnestryanı ərazidə artıq Rusiya sülhməramlıları var və onlar kifayət qədər uğurla öz vəzifələrini yerinə yetirirlər. Qarabağa gəldikdə isə, orada xüsusi status var və qərarların qəbulu yalnız iki dövlətin razılığı ilə mümkündür”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR