Gürcüstan prezidenti Mixail Saakaşvili Borçalıya səfər edib - FOTOSESSİYA

Gürcüstan prezidenti Mixail Saakaşvili Borçalıya səfər edib - <span style="color: red;">FOTOSESSİYA
# 23 oktyabr 2013 11:43 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, səfərdə məqsəd oktyabrın 27-də Gürcüstanda keçiriləcək prezident seçkiləri öncəsi seçicilərlə görüşmək olub.

Marneulinin Gorarxı kəndində seçicilər qarşısında çıxış edən prezident həmişə olduğu kimi, azərbaycanlı vətəndaşları ilə görüşlərdən sevindiyini bildirib: “İstəyirəm ki, bir daha sizə ötən illər üçün təşəkkürümü bildirim. Siz bizim vətənimizin çox sədaqətli və vətənpərvər vətəndaşlarısınız. Burada çox əməksevər əhali yaşayır. Heç kim, heç zaman sizə ikinci dərəcəli və qiyməti olmayan vətəndaşlar deyə bilməz. Mən fəxr edirəm ki, gənclər üçün məktəblərdə yaxşı təhsilə şərait yaratmışıq. Biz elə şərait yaratdıq ki, sizi yollarda saxlamasınlar, incitməsinlər, rüşvət almasınlar, torpaqlarınızı əllərinizdən almasınlar. Biz elə şərait yaratdıq ki, sizlər öz doğma evlərinizi atmadınız, ailənizi saxladınız. Bizdə sülh, qardaşlıq və bütün insanların yaşaması üçün hər şey var. Buna görə sizə çox minnətdaram. Mən hətta çox qürur duyuram ki, heç vaxt, bütün tarix boyu Gürcüstan və Azərbaycanla olmayan münasibətlər olub. Bu, hamımız üçün çox vacibdir. Mən Azərbaycanla münasibətlərimizin yaxşı olmasını yalnız Gürcüstanda yaşayan azərbaycanlılar üçün deyil, bu ölkələrdə yaşayan bütün millətlər üçün etmişəm və siyasətimizin əsas prioritetlərindən birinə çevirmişəm. Çünki biz İlham Əliyev və digər azərbaycanlı dostlarla bu iki ölkəni yalnız birlikdə yaşatmalı, uğurlar qazanmalı, birlikdə tikməliyik. Düşmənlərin cəhdlərinə baxmayaraq, bu belə də olmalıdır”.

M.Saakaşvili çıxışında kənd əhalisini seçkilərə qatılmağa və səs verməyə çağırıb: “Mən istəyirəm ki, siz qonşularınızla, həmkəndlilərinizlə, dostlarınızla bu seçkilərdə çox fəal iştirak edəsiniz. Çünki hər bir səs bizim gələcəyimizdir. Hər səs uşaqlarımızın gələcəyidir. Öz gələcəyinizi heç kimə verməyin! Uşaqlar üçün nəyin yaxşı olduğunu sizdən başqa heç kim bilməz. Sizdən başqa Gürcüstanda son illər hansı dəyişikliklər olduğunu heç kim bilmir. Sizdən başqa bu qurulanları uçurmağa heç kim icazə verməz. Biz birlikdə sabahın bizim üçün daha yaxşı olması üçün davam etməliyik. O zaman yaxşı olacaq ki, biz irəliyə doğru gedək, arxaya qayıtmayaq. Gəlin, birlikdə yaxşılığa doğru getməyə davam edək. Siz bizim namizədi bilirsiniz. Biz korrupsiyanın qayıtmasına yol verməməliyik. Biz necə yaşamağı başa düşdük. Bunu heç kimə verməyəcəyik. Əziz qardaşlar, mən sizin fəallığınıza ümid edirəm. Biz xüsusi olaraq heç nə təşkil etmirik. Hər kəs özü öz taleyini həll etməlidir. Əlinizdə olanı heç kimə verməyin. Gələcək qələbələrdə görüşənədək”.

Bu gün Gürcüstan prezidenti Marneulinin Qaçağan kəndində, eyni zamanda Qaradabaninin azərbaycanlılar yaşayan kəndlərində yaşayan soydaşlarımızla da görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR