Ermənistanın baş naziri: Rusiya ilə strateji əlaqələr Ermənistanın milli təhlükəsizlik sisteminin əsasını təşkil edir

Ermənistanın baş naziri: Rusiya ilə strateji əlaqələr Ermənistanın milli təhlükəsizlik sisteminin əsasını təşkil edir
# 25 oktyabr 2013 00:22 (UTC +04:00)

APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistanın baş naziri Tiqran Sarkisyan Brüsseldə, Avropa Xalq Partiyasının sammitində bəyan edib.

Tiqran Sarkisyanın sözlərinə görə, qismən blokada vəziyyətində olan və “düşmən əhval-ruhiyyəli qonşusu” olan Ermənistan öz təhlükəsizliyinin təmini məsələsini və Rusiya ilə həyati əhəmiyyətli strateji müttəfiqliyini sual altına qoya bilməz: “Ermənistan həm AB ilə münasibətlərinin dərinləşməsi və möhkəmlənməsində, həm də Gömrük İttifaqına qoşulmaqda maraqlıdır. Bunlar bir-birinə zidd olan yox, bir-birini tamamlayan amillərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR