«Standard & Poor's» agentliyi «Baghlan Group»un istiqraz emissiyasına «B-» reytinqi verib

«Standard & Poor
# 11 dekabr 2013 12:15 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. «Standard & Poor's» beynəlxalq reytinq agentliyi Azərbaycanın «Baghlan Group FZCO» şirkətinin törəmə qurumu olan «Baghlan Group Ltd.»nin istiqraz buraxılışına «B-» reytinqi verib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Agentliyin məlumatında deyilir.

Məlumata əsasən, istiqraz buraxılışının son şərtlərinin təhlilindən sonra reytinq yenidən baxıla bilər. Bura, əldə ediləcək vəsaitlərin istifadəsi, tədavül müddəti, həcm və yerləşdirmə şərtləri, habelə təminat və digər məlumatlar aiddir.

Reytinq təsisçi şirkətin reytinqinə bərabərdir ki, bu da onun istiqrazlarına təminat verdiyini əks etdirir. Eyni zamanda bildirilir ki, şirkətə məxsus neft-qaz aktivləri də istiqrazlar üzrə ödənişləri təmin edə bilər.

Agentliyin məlumatına görə, «Baghlan» istiqrazların yerləşdirilməsindən əldə ediləcək vəsaitləri hazırda olan borclarının yenidən maliyyələşdirilməsinə yönəldəcək. Bildirilir ki, ticarət kreditor borcu əsasən yol tikintisi ilə məşğul olan «Baghlan»ın törəmə şirkətində cəmləşib və yol tikintisi üzrə debitor borclarla kompensasiya edilir.

Qeyd edilir ki, «Baghlan» logistika, ictimai nəqliyyat, tikinti layihələrinin idarə olunması, avadanlıqların alınması və neft-qaz sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətidir. Bu ilin ilk yarısında şirkət 52 mln. manat həcmində balans mənfəəti (EBITDA) əldə edib və bu yaxınlarda yaşayış daşınmaz əmlakın satışından ilin ikinci yarısında bu göstəricinin daha da artıcağı gözlənilir. Bu il iyulun 1-nə «Baghlan Group»un məcmu borcu 244 mln. manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR