Azərbaycan Türkiyədəki müəssisəsində nafta, dizel yanacağı, benzin və qırıcı təyyarələr üçün yanacaq istehsal edəcək

Azərbaycan Türkiyədəki müəssisəsində nafta, dizel yanacağı, benzin və qırıcı təyyarələr üçün yanacaq istehsal edəcək
# 21 noyabr 2013 10:32 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu «Star» zavodunun sahə hazırlıq işlərinin layihə rəhbəri Tolqa Aksoy bildirib.


Onun sözlərinə görə, tikinti işlərini İspaniya, İtaliya, Yaponiya və Cənubi Koreya şirkətlərinin daxil olduğu konsorsium aparır: «Artıq İzmirin Petkim yarımadasında tikintisi aparılacaq tikinti üçün zəmin işləri başa çatmaq üzrədir. Konsorsium tikinti işlərinə başlamazdan əvvəl bütün hazırlıq işlərini yerinə yetiririk».


T.Aksoy bildirib ki, bu ərazi bir neçə sahələrə bölünəcək: «Zavodun 9,5 mln. kv. metr sahəsində torpaq-qazma işləri aparılacaq və bunun artıq 80%-i yerinə yetirilib. Lakin görüləcək işlərdən drenaj sistemlərinin qurulması və s. işləri çıxsaq, ümumi olaraq işin 42%-i yerinə yetirilib. Sahənin hazırlıq işləri 2014-cü ilin sonunda başa çatacaq».


Layihə rəhbəri deyib ki, bura 1 200 ton ağırlığında olan kolonlar gətiriləcək və bunun üçün də burada xüsusi hazırlıq işləri aparılır: «Artıq «Star» emal zavodunda istehsal olunacaq nafta məhsulunu (kimya sənayesində istifadə olunan məhsul) daşımaq üçün «Petkim» şirkəti 3 dənə 73 min tonluq çən quraşdırıb. İşlər tam yekunlaşdıqdan sonra bu çənlər ləğv olunacaq. Bu günə qədər Türkiyədə nafta məhsulunu «Tüpraş» şirkəti istehsal edib».


T.Aksoy bildirib ki, «Star» emal zavodunda ildə 1,7 mln. ton nafta məhsulu ilə bərabər ildə 6 mln. ton dizel yanacağı istehsal ediləcək: «Əgər ehtiyac yaranarsa, bu zavodda benzin də istehsal ediləcək. Burada həmçinin qırıcı təyyarələr üçün yanacağın istehsal olunacağı gözlənilir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR