ASK prezidenti «İpək Yolu sahibkarlığın inkişafına dəstək» İctimai Birliyinin nümayəndələri ilə görüşüb

ASK prezidenti «İpək Yolu sahibkarlığın inkişafına dəstək» İctimai Birliyinin nümayəndələri ilə görüşüb
# 03 dekabr 2013 15:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev «İpək Yolu sahibkarlığın inkişafına dəstək» İctimai Birliyinin baş katibi Sərraf Nəzərov və əməkdaşları ilə görüşüb.

ASK-dan «APA-Economics»ə verilən məlumata görə, Konfederasiyanın fəaliyyəti ilə bağlı qonaqlara məlumat verən M.Musayev bildirib ki, Azərbaycanda 500 minədək sahibkar fəaliyyət göstərir. Onun sözlərinə görə, onların bir çoxu müxtəlif assosiasiya və birliklərdə təmsil olunur. Hazırda 70-dək assosiasiyanın ASK-ya üzv olduğunu qeyd edən M.Musayev ölkədə yeni yaradılan birlik və assosiasiyaların qeydiyyatdan keçməsi, fəaliyyəti üçün Konfederasiya tərəfindən müvafiq yardım olunduğunu deyib və gələcəkdə bu tədbirlərin davam edəcəyi istisna olunmayıb.

S.Nəzərov birliklərinin fəaliyyəti, əlaqələrindən danışıb, 2010-cu ildə təsis olunan İctimai Birliyin bir çox ölkələrin ictimai birlikləri ilə əməkdaşlığı barədə ətraflı məlumat verib. S.Nəzərov ASK ilə əməkdaşlığa xüsusi önəm verdiklərini, gələcəkdə bu təşkilatın təcrübəsindən yararlanmaq niyyətində olduqlarını da qeyd edib. Bu günədək xeyli sayda xarici ekspertlərin ölkəmizə səfərlərinin, həmçinin müxtəlif tədbirlərin təşkilində yaxından iştirak etdiklərini qeyd edən qonaq, gələcəkdə Azərbaycana gələn nümayəndə heyətlərinin Sahibkarlar Konfederasiyasının əməkdaşları ilə görüşün zəruri olduğunu bəyan edib.

M.Musayev «İpək Yolu sahibkarlığın inkişafına dəstək» İB-nin gələcəkdə daha səmərəli fəaliyyətinə dəstək üçün nəinki Konfederasiyanın, həmçinin Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresinin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Şurasının imkanlarından yararlanmağın məqsədə uyğun olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR