ABŞ-ın Milli Radioastroloji Rəsədxanası böhrana görə bağlanıb

ABŞ-ın Milli Radioastroloji Rəsədxanası böhrana görə bağlanıb
# 05 oktyabr 2013 19:47 (UTC +04:00)

Bakı-APA. ABŞ Milli Radioastroloji Rəsədxanası büdcə böhranına görə fəaliyyətini müvəqqəti dayandırıb. APA-nın məlumatına görə, rəsədxananın obyektlərinin qorunmasını təmin edən əməkdaşlar istisna olmaqla, bütün işçilər məcburi məzuniyyətə göndərilib.

Milli Radioastroloji Rəsədxana ABŞ-ın dövlət tədqiqat mərkəzidir. Onun tərkibinə Qrinbekdə yerləşən dünyanın ən böyük 100 metrlik teleskopu və VLA (Very Large Array) ən böyük radioastroloji antenalar kompleksi də daxil olmaqla bir neçə böyük radioteleskop daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR