Azərbaycan Gürcüstanda Şərq Tərəfdaşlığı ölkələrinin fövqəladə hallar xidmətlərinin təlimlərində iştirak edib

Azərbaycan Gürcüstanda Şərq Tərəfdaşlığı ölkələrinin fövqəladə hallar xidmətlərinin təlimlərində iştirak edib
# 28 fevral 2014 07:41 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda Avropa Birliyi tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı ölkələrinin fövqəladə hallar nazirliklərinin təlimləri keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, Tiflisdə Şərq Tərəfdaşlığının PPRD EAST proqramı çərçivəsində komanda təlimlərinin baş planlaşdırılması konfransına yekun vurulub. Təlimdə Azərbaycan, Türkiyə, Gürcüstan, Moldova, Ukrayna və Ermənistan fövqəladə hallar xidmətlərinin nümayəndələri iştirak edib. Təlimlərdə fərqlənənlərə sertifikat və mükafatlar verilib. Tədbirdə Şərq Tərəfdaşlığı ölkələrinin birgə genişmiqyaslı fəlakətlərdə xilasetmə əməliyyatları planlaşdırılıb və humanitar və texniki təchizat metodları müzakirə edilib.

Məlumata görə, tərəflər beynəlxalq medianın hərəkət planını və mətbuat xidmətlərinin əməkdaşlığı məsələlərini də müzakirə ediblər.

Proqram çərçivəsində tədbirdə Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində təbii və antropogen fəlakətlərin aradan qaldırılması, hazırlıq işlərinin yüksəldilməsi sahəsində mühüm təşəbbüslər irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR