«Azərpoçt» şirkəti SMS-lə bildiriş xidmətini tətbiq edib

«Azərpoçt» şirkəti SMS-lə bildiriş xidmətini tətbiq edib
# 05 dekabr 2013 14:44 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. «Azərpoçt» MMC vətəndaşlara qeydiyyatlı poçt göndərişlərinin daxil olması haqqında SMS-lə bildiriş sistemini işə salıb.

«APA-Economics»in «Azərpoçt»a istinadən verdiyi məlumata görə, xidmət elektron ticarət portalları vasitəsilə sifarişli mallar alanlara ünvanlanıb. Yeni xidmətin tətbiqi ilə sifarişçilər poçt şöbələrində onların adına poçt göndərişinin gəlib-gəlmədiyinə özləri nəzarət etməyəcəklər. Bu barədə onlara SMS-lə məlumat veriləcək.

Xidmətin yaradılmasının əsas məqsədi daxil olan poçt göndərişlərinin operativ şəkildə alıcıya bildirilməsinə xidmət edir. Bugünkü gündə göndəriş daxil olarkən onu alan müştəriyə göndərişin daxil olduğu poçt şöbəsinin ünvanı ilə SMS-xəbərdarlıq göndərilir.

Yeni xidmətdən faydalanmaq üçün müştəri malı alarkən özünün mobil telefon nömrəsini elektron kommersiya portalı vasitəsilə göstərməlidir. Mobil telefon nömrəsi poçt operatorunun məlumat bazasına daxil edilir və bundan sonra sifarişçiyə bildiriş göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR