Lənkəranın daha bir kəndinə təbii qaz verilib - FOTO

Lənkəranın daha bir kəndinə təbii qaz verilib - <span style="color: red;">FOTO
# 07 oktyabr 2013 15:49 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Oktyabrın 7-də 4 min nəfər əhalisi olan Lənkəran rayonunun Viravul kəndinə 20 illik fasilədən sonra təbii qazın verilişi bərpa olunub.

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının Viravul inzibati ərazi dairəsi üzrə nümayəndəsi İlkin Qurbanov, kənd Ağsaqqallar Şurasının sədri Ayaz Nəhmətov, təqaüdçü-müəllim Rauf Ağayev çıxış edərək, onların mənzillərinə “mavi yanacağın” verilməsində zəhməti olan ayrı-ayrı şəxslərə, əmək kollektivlərinə minnətdarlıq ediblər.

Bildirilib ki, kəndin qazla təchiz edilməsi məqsədilə 16 566,5 metr polietilen və 20 224,71 metr dəmir borulardan istifadə edilib. 861 ədəd sayğac və bir o qədər də fərdi tənzimləyici quraşdırılıb.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və “Azəriqaz” İstehsalat Birliyinin tikinti departamentinin rəis müavini Kamran Cəfərov da çıxışlarında Viravul kənd sakinlərinə xoş arzularını çatdıraraq, “mavi alov”un onların evlərinə hərarət və bərəkət gətirməsini arzulayıblar.

Sonda təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.

Qeyd edək ki, cari ilin əvvəlindən 8611-ə yaxın təsərrüfat daxil olmaqla Lənkəranın 24 kəndə təbii qaz verilib. İndiyədək rayon ərazisində 48 yaşayış məntəqəsi qazlaşdırılıb. İlin sonuna kimi rayonda daha 26 yaşayış məntəqəsinin təbii qazla təchiz olunması məqsədilə tikinti-quraşdırma işləri davam etdirilir. Rayonda mövcud olan 45 560 təsərrüfatdan 41 895 təsərrüfat qazlaşdırılıb ki, ümumi əhalinin 92%-ni təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR