DİN Naxçıvanda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb

DİN Naxçıvanda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb
# 12 iyun 2014 10:43 (UTC +04:00)

BakI. Fuad Cəfərov - APA. Daxili İşlər Nazirliyi (DİN) Naxçıvanda baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyunun 11-də saat 19:00 radələrində Kəngərli rayonunun Qabıllı kəndinin ərazisində Şərur rayon sakini Elmar Fətullayevin idarə etdiyi “NAZ Lifan” və Şahbuz rayon sakini Elşən Şirinovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

E.Fətullayevin sərnişinlərindən Şərur rayon sakinləri Kübra Əliyeva, onun oğlanları Uğur, Umud, Bakı şəhər sakinləri Hüseyn Hüseynov və Gülü Hüseynova hadisə yerində ölüb, digər sərnişini, Şərur rayon sakini Xəyalə Hüseynova xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR