“Qalatasaray”ın voleybolçusu Bakıdakı hakimlikdən narazı qalıb

“Qalatasaray”ın voleybolçusu Bakıdakı hakimlikdən narazı qalıb
# 11 dekabr 2013 14:16 (UTC +04:00)

Bakı-APA. “Hər şeyə rəğmən, qalib gələ bildik. Bununla, nə qədər güclü komanda olduğumuzu göstərdik”. Bunu apasport.az saytına açıqlamasında Türkiyənin “Qalatasaray” klubunun voleybolçusu Nəriman Özsoy deyib.

Yığmasının da şərəfini qoruyan 25 yaşlı oyunçu Çempionlar Liqasının V turu çərçivəsində Bakının “Azəryol” klubu ilə görüşü şərh edib. O, 3:2 hesabı ilə qalib gəldikləri matçda şərtlərin bərabər olmamasından şikayətlənib: “Şərtlər rəqiblə bərabər olmasa da, tək onlara qarşı yox, biz hakimlərə qarşı da mübarizə aparıb, qalib gəldik. Bunun üçün xoşbəxtik. “Azəryol”a hörmətlə yanaşırıq. Matçın dostluq şəraitində bitməsini istəyirdik... Onlara qarşıdakı oyunlarda uğurlar arzulayıram”.

Özsoy tay-brekdə baş verən qalmaqala da aydınlıq gətirib. Belə ki, oyunun hakimi öncə “Azəryol”un 15:13 hesabı ilə qalib gəldiyini elan etsə də, sonradan fikrini dəyişib və qarşılaşma davam edib. Yekunda isə “Qalatasaray” 16:14 hesabı ilə qalib gəlib: “Baş hakim düzgün qərar verdi və matçı davam etdirdi. Nəticədə tam layiq olduğumuz qələbəni qazandıq... Hakimlik haqda onu deyə bilərəm ki, lap ağ elədilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR