Dünya Çempionatı: Kamerun-Braziliya-1:4, Xorvatiya-Meksika-1:3 - VİDEO

Dünya Çempionatı: Kamerun-Braziliya-1:4, Xorvatiya-Meksika-1:3 - <span style="color: red;">VİDEO
# 24 iyun 2014 00:25 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, A qrupundan Braziliya və Meksika növbəti mərhələyə keçib.

Bu görüşlərdən Xorvatiya – Meksika matçı daha böyük maraq doğursa da, meydan sahiblərinin növbəti mərhələyə yolu Kamerunla görüşdən keçib. Braziliyaya sadəcə heç-heçə kifayət etsə də, "top sehirbazları" Kamerunun qapısından 4 qol keçirərək qələbə qazanıblar. Afrika təmsilçisi bu qollardan birinin əvəzini çıxa bilib.

1/8 finala keçən ikinci komanda Meksika olub. Matçın 72-ci dəqiqəsinə qədər hesab açılmayıb. Bundan sonra isə meksikalılar dalbadal 3 qol vurublar. Xorvatlar bu qollardan ancaq birinin əvəzini çıxa biliblər.

Beləliklə, 1/8 finalda Braziliya Çili, Hollandiya isə Meksika yığması ilə üz-üzə gələcək.

A qrupu

Kamerun - Braziliya - 1:4

Qollar: Matip, 27 - Neymar, 17; 34; Fred, 50; Fernandinyo, 84

Xorvatiya - Meksika - 1:3

Qollar: Perisic, 87 - Marques, 72; Quadrado, 75; Hernandes, 82

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR