San-Pauluda polislə etirazçılar arasında toqquşmalar olub

San-Pauluda polislə etirazçılar arasında toqquşmalar olub
# 23 fevral 2014 02:12 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, toqquşmalar zamanı yüngül xəsarət alanlar olub, saxlanılanlar var.

Ötən il Braziliyanın müxtəlif şəhərlərində milyonlarla insan küçələrə çıxaraq korrupsiyaya və Dünya Çempionatına külli miqdarda vəsait xərclənməsinə qarşı etiraz aksiyaları keçirilib.

Futbol üzrə DÇ-2014-də hazırlıq işləri ilə əlaqədar sosial məqsədlər üçün ayrılan vəsaitlərin həcminin hökumət tərəfindən azaldılması narazılığa səbəb olub.

Son etiraz aksiyasına səbəb avtobuslarda gediş haqqının artması olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR