3 həftə ərzində İranda 66 nəfər edam edilib

3 həftə ərzində İranda 66 nəfər edam edilib
# 17 dekabr 2013 03:54 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranın Kirman vilayətində bir nəfər edam edilib. APA-nın məlumatına görə, məhbus narkotik maddələrinin alqı-satqısında günahlandırılaraq dara çəkilib.

Əslən kürd olan 27 yaşlı məhbus İranın Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərinin Gəngəçin kəndinin sakinidir. Əfşin Dervazi 3 il əvvəl tutulub və edam cəzasına məhkum edilib. Onun ailəsinin edam hökmünün ləğvi üçün əfv xahişi rədd edilib. Qərar İran Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra dekabrın 12-də səhər saatlarında Bəm şəhərinin həbsxanasında icra edilib. Ancaq bununla bağl xəbər indi yayılıb.

Bundan əlavə, dekabrın 10-da İranın Qərbi Azərbaycan vilayətinin Üşnəviyyə şəhərinin sakini olan daha bir kürd Urmiya şəhərinin mərkəzi həbsxanasında edam edilib. Behzad Cəlilinin 24 yaşı olub. Ancaq onun nədə ittiham olunduğu məlum deyil.

Qeyd edək ki, son üç həftə ərzində İranda 66 nəfər edam edilib. Onlardan 20 nəfər milliyyətcə kürddür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR