Bakı İstintaq təcridxanasında saxlanılan şəxsdən qadağan olunmuş əşya götürülüb

Bakı İstintaq təcridxanasında saxlanılan şəxsdən qadağan olunmuş əşya götürülüb
# 29 yanvar 2014 15:15 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan şəxsdən qadağan olunmuş əşya götürülüb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Mobil Zakir oğlu İsmayılovun saxlandığı kameraya və üzərinə baxış keçirilərkən əynində olan gödəkcənin cibindən daxilində “Sim” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.


Fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR