Bakıda yığılan zibillərdən elektron tullantılar ayrılır

Bakıda yığılan zibillərdən elektron tullantılar ayrılır
# 30 iyun 2014 10:58 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bakıda yığılan zibillərdən elektron tullantılar ayrılır. Bu kimi təhlükəli tullantılar düzgün utilizasiya məqsədi ilə Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu tərəfindən aidiyyəti yerlərə göndərilir.

“Təmiz Şəhər” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, illik gücü 200 min ton olan Çeşidlənmə Zavodu öz fəaliyyətini qabaqcıl alman texnologiyaları əsasında qurub və bu baxımdan bütün elektron tullantıları lazımi səviyyədə ayırmaq iqtidarına malikdir: “Çeşidləmənin aparılması nəticəsində təkrar emal üçün yararlı olacaq kağız, şüşə, plastik, əlvan metal, dəmir və digər xammallar ayrılır. Bu da tullantıların ümumi həcmini azaldır, ucuz xammal bazarı formalaşdırır, ölkədə təkrar emal qurulması üçün zəmin yaradır, enerjiyə qənaət olunur və ən önəmlisi tullantıların ətraf mühitə mənfi təsirini azaldır. Layihənin başlıca faydaları ondan ibarətdir ki, ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri azaldır. Təbii ehtiyatlara və enerjiyə qənaət edilir. Təkrar emala yararlı və ucuz xammal bazarı formalaşdırılır. Eləcə də təkrar emal sənayesini stimullaşdırır. Tullantı miqdarının azaldılmasına səbəb olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR