Böyük Britaniyanın aparıcı siyasi jurnallarından olan “Politics First”də Azərbaycan haqqında geniş məqalə dərc edilib

Böyük Britaniyanın aparıcı siyasi jurnallarından olan “Politics First”də Azərbaycan haqqında geniş məqalə dərc edilib
# 10 sentyabr 2013 15:43 (UTC +04:00)

Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) APA-ya verilən məlumata görə, məqalənin nüsxələri üç əsas siyasi partiyanın konfranslarında iştirak edən millət vəkilləri və nümayəndələrə paylanılır.

Məqalədə Azərbaycan və Böyük Britaniya arasındakı yaxın əlaqələr, başda BP olmaqla, Britaniya şirkətlərinin son 20 il ərzində Azərbaycan iqtisadiyyatının möcüzəsinin önündə yer alması vurğulanıb. Məqalədə, həmçinin bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün gələcəyin parlaq olduğu bildirilir.

İki ölkə arasında davam edən dinamik əlaqələrin təsdiqi kimi “Politics First”də dərc olunan məqalədə Azərbaycan qazını birbaşa qərbi Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik kəməri layihəsinin önəmi qeyd edilir.

Yazıda prezident İlham Əliyevlə baş nazir Devid Kemeronun fotosu da yer alıb.

TEAS-ın direktoru Lionel Zetter bildirib ki, “Politics First” parlamentin hər bir üzvünə göndərilib və çoxlu sayda siyasətçi tərəfindən alınıb: “Bu, Azərbaycanın 20 il ərzində nəyə nail olduğunu sözlər, rəqəmlər və şəkillərlə göstərir. Bu həmçinin böyük tarixi və parlaq gələcəyi olan iki ölkə arasında əlaqələrin yaxınlığını vurğulayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR