ABŞ-da zavodda baş verən partlayışda 2 nəfər ölüb, 10-u xəsarət alıb

ABŞ-da zavodda baş verən partlayışda 2 nəfər ölüb, 10-u xəsarət alıb
# 21 yanvar 2014 03:12 (UTC +04:00)

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Partlayış heyvanlar üçün yem istehsal edən “İnternational Nutrition” zavodunda olub. Bina qismən uçub, dağıntılar altında insanların olduğu ehtimal edilir.

Hadisə zamanı zavodda 38 nəfər işləyib. Zavodun 10 nəfər işçisi xəstəxanaya yerləşdirilib, onlardan dördünün vəziyyəti ağırdır.

Dağılma təhlükəsinə görə xilasetmə əməliyyatı hələ ki dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR