Təhsil naziri Azərbaycan Dövlət İqtisad Universitetinin 4 saylı tədris binasının açılışında iştirak edib - FOTO

Təhsil naziri Azərbaycan Dövlət İqtisad Universitetinin 4 saylı tədris binasının açılışında iştirak edib - <span style="color: red;">FOTO
# 23 sentyabr 2013 17:04 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) 4 saylı tədris binasının əsaslı şəkildə yenidənqurmadan sonra açılışına həsr olunmuş mərasim keçirilib. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, ADİU-nun rektoru Şəmsəddin Hacıyev təhsil nazirinin universitetə gəlişini onun fəaliyyətinə olan diqqətin təzahürü kimi dəyərləndirib. Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin son illər ərzində qazandığı uğurlardan söhbət açıb.

Son 20 ildə Azərbaycanın sürətli inkişaf yolu keçdiyini nəzərə çatdıran təhsil naziri Mikayıl Cabbarov isə təhsil sahəsində əldə olunmuş nailiyyətlərin bu gün də uğurla davam etdirildiyini vurğulayıb. Nazir ali məktəblərdə tədrisin müasir tələblər səviyyəsində təşkili, xüsusi istedadlı tələbələrlə iş, ali məktəblərin xərclərinin strukturunda əmək haqqı və məvaciblərin artırılması, insan kapitalının inkişafı, aztəminatlı və akademik nailiyyətləri yüksək olan tələbələr üçün universitetlər tərəfindən təqaüdlərin verilməsi məsələlərinə toxunub. Ali məktəblərin rəqabət qabiliyyətinin artırılması, məzunların işlə təminatı, ali məktəblərin idarə edilməsi haqqında söhbət açan təhsil naziri, həmçinin dünyanın qabaqcıl ali təhsil ocaqları ilə əməkdaşlıq, nəticəyönümlü maliyyələşmə prinsipləri və ali təhsilin inkişafının digər istiqamətləri barədə fikirlərini nəzərə çatdırıb.

Sonda təhsil naziri tələbələri maraqlandıran sualları cavablandırıb, bir sıra təklif və tövsiyələrlə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR