Nigeriya ordusu “Boko Haram” qruplaşmasının 37 üzvünü öldürüb

Nigeriya ordusu “Boko Haram” qruplaşmasının 37 üzvünü öldürüb
# 22 oktyabr 2013 23:32 (UTC +04:00)

Bakı-APA. Nigeriya ordusu ölkənin şimal-şərqində həyata keçirdiyi əməliyyat zamanı “Boko Haram” islamçı qruplaşmasının 37 üzvünü öldürüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, oktyabrın 21-də başlayan əməliyyat zamanı ordu birləşmələri Alaqarno yaşayış məntəqəsinin yaxınlığında aviasiyanın dəstəyi ilə terrorçular terrorçuların düşərgəsinə zərbə endirib.

Qeyd edək ki, oktyabrın 20-də “Boko Haram” silahlılarının Loqumani şəhərinin yaxınlığında törətdikləri hücum nəticəsində 19 nəfər sakin ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR