AMEA Nizamnamə Komissiyasının yeni tərkibi təsdiq edilib

AMEA Nizamnamə Komissiyasının yeni tərkibi təsdiq edilib
# 20 sentyabr 2013 12:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin (RH) iclasında akademiyanın Nizamnamə Komissiyasının yeni tərkibi təsdiq edilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, AMEA Rəyasət Heyətinin qərarına əsasən, akademik İsa Həbibbəyli komissiyanın sədri seçilib. Komissiyanın üzvləri isə AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev, AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev, AMEA-nın müşaviri, akademik Asəf Nadirov, akademiklər Vaqif Fərzəliyev, Vasim Məmmədəliyev, AMEA-nın müxbir üzvləri Pərviz Məmmədov və Asəf Hacıyev, riyaziyyat üzrə fəlsəfə doktoru Əminağa Sadıqov, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov və AMEA RH-nin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri seçiliblər.

Qeyd olunub ki, qurumun fəaliyyətində idarəetmənin təkmilləşdirilməsi, elmi fəaliyyətin müasir tələblərə uyğun təşkili və inkişafı, elmi tədqiqatların və innovasiya siyasətinin gücləndirilməsi, intellektual potensialın qorunub saxlanılması və inkişafı, alimlərin beynəlxalq elm məkanına inteqrasiyasının yüksək səviyyədə təşkilində Nizamnamə mühüm əhəmiyyət kəsb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR