İranda azərbaycanlı jurnalist həbs edilib

İranda azərbaycanlı jurnalist həbs edilib
# 09 avqust 2013 21:09 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda azərbaycanlı jurnalist azadlıqdan məhrum edilib. APA-nın AZOH-a istinadən verdiyi məlumata görə, “Aynanews” xəbər saytının redaktoru Həmid Ətayi Qərbi Azərbaycan vilayətinin vəqflər və xeyriyyə işləri idarəsinin keçmiş rəhbəri Ruhullah Beygi və bu qurumun bəzi işçiləri tərəfindən məhkəməyə verilib.

Məhkəmə azərbaycanlı jurnalisti yalan məlumatlar yaymaqda günahlandıraraq, 4 ay müddətinə azadlıqdan məhrum edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR