Ukraynanın “Eurovision 2014” təmsilçisi Azərbaycana səfər edəcək

 Ukraynanın “Eurovision 2014” təmsilçisi Azərbaycana səfər edəcək
# 24 aprel 2014 07:42 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu haqda müğənninin rəsmi səhifəsində yer alan məlumatda bildirilir.

“Mən Azərbaycan haqqında çox eşitmişəm. Bakıda olmaq çoxdankı arzumdur. İnana bilmirəm ki, tezliklə Odlar Yurdunda olacağam. Həmişə “Eurovision” mahnı yarışmasında Azərbaycan təmsilçilərinin çıxışlarını böyük maraqla izləmişəm. Bu il isə Dilarə Kazımovanın lirik “Start a Fire” mahnısı ürəyimcə olub. Ümid edirəm ki, Azərbaycanda məni unudulmaz məcaralar gözləyir”, - deyə M.Yaremçuk vurğulayıb.

Qeyd edək ki, M.Yaremçuk mayın 6-da Kopenhagendə “Eurovision 2014” mahnı müsabiqəsinin birinci yarımfinalında “Tick Tock” mahnısı ilə çıxış edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR