«Khazar Island» şəhərciyində satılan mənzillərin qiymət və satış şərtləri açıqlanıb - VİDEO

«Khazar Island» şəhərciyində satılan mənzillərin qiymət və satış şərtləri açıqlanıb - <span style="color: red;">VİDEO
# 30 yanvar 2014 07:07 (UTC +04:00)

«Avesta» Konsernindən «APA-Economics»ə verilən məlumata görə, Konsernin prezidenti İbrahim Nehrəmli bildirib ki, hər 1 kv. metri 4 000 manatdan satılacaq mənzillər müştərilərə 10 illik ipoteka krediti ilə də veriləcək. Digər maraqlı bir məqam isə ondan ibarətdir ki, alıcılar burada satılan mənzilləri ipoteka kreditindən əlavə, 2 illik faizsiz kreditlə də əldə edə bilər.

İ.Nehrəmli bildirib ki, ilkin ödənişdən asılı olaraq, ipoteka kreditinin faiz şərtləri də dəyişəcək: «Alıcı ilkin ödənişi çox etdiyi halda, illik ipoteka faizi də xeyli aşağı düşəcək».

İ.Nehrəmli ilkin ödəniş cədvəlini də açıqlayıb. Bu cədvələ əsasən, ilkin ödənişdən asılı olaraq, ipoteka dərəcəsi 10% ilkin ödəniş edənlər üçün illik 10%, ilkin ödəniş 20% olduqda - illik 8%, ilkin ödəniş 30% olduqda - illik 6%, ilkin ödəniş 50% olduqda isə ipoteka dərəcəsi illik 4% təşkil edəcək.

Həmçinin, mənzillərin dəyərinin 10%-i həmin mənzillərin təmirinə sərf ediləcək. Nəticədə, bütün mənzillər alıcılara tam təmirli təhvil veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR