Ukraynada müxalifət lideri qeyri-adi hücuma məruz qalıb

Ukraynada müxalifət lideri qeyri-adi hücuma məruz qalıb
# 28 dekabr 2013 17:10 (UTC +04:00)

Bakı – APA. “Üçüncü Ukrayna Respublikası” hərəkatının lideri, Ukraynanın keçmiş daxili işlər naziri Yuri Lutsenko Xarkovdakı “Avromaydanı” ziyarət edərkən üstünə yaşıl boya atılıb.

APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, əvvəl müxalif siyasətçinin üzərinə qadın, bir neçə dəqiqə sonra isə kişi boya tullayıb.

Y. Lutsenko, onun həyat yoldaşı və meydana toplaşanların bir neçəsinin üstü boyaya bulanıb. Nəticədə kiçik iğtişaş yaranıb, hücum edənlərin hər ikisi saxlanılıb.

Ukrayna hökuməti Avropa Birliyi ilə assosiativ Sazişin imzalanmasından imtina etdikdən sonra - noyabrdan başlayaraq Avropaya inteqrasiya tərəfdarlarının etiraz aksiyaları başlayıb.

Daha izdihamlı aksiyalar Kiyevin İstiqlaliyyət Meydanında keçirilsə də, Ukraynanın bir neçə şəhərində özünəməxsus “Avromaydanlar” yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR