BBVB-də xarici valyutalar üzrə elektron ticarətin həcmi 28 mln. manatdan çox olub

BBVB-də xarici valyutalar üzrə elektron ticarətin həcmi 28 mln. manatdan çox olub
# 06 may 2014 11:21 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Cari ilin aprel ayının yekunlarına görə, Bakı Banklararası Valyuta Birjası (BBVB) onun valyuta bölməsində USD/AZN_TOD aləti üzrə keçirilən hərraclarda 7 bank iştirak edib.

APA-Economics”in xəbərinə görə, Birja Elektron Ticarət Sistemində ("BEST") hesabat ayında 44 ticarət sessiyası keçirilib və 22 əqd qeydə alınıb.

Hərracların həcmi 27,984 mln. manat və yaxud dollar ekvivalentində 35,694 mln. təşkil edib.

Mart ayı ilə müqayisədə valyuta bölməsinin həcm göstəriciləri hesabat dövründə 3,691 mln. manat və yaxud 15% artıb.

BETS-də USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 1,622 mln. dollara çatıb, halbuki, hər əqdin orta həcmi 1,622 mln. dollar təşkil edib.

EUR/AZN aləti üzrə ümumi dövriyyə 116,910 manat təşkil edib, və bu alət üzrə avronun manata orta ölçülmüş məzənnəsi 1,0825 manat təşkil edib.

Qeyd edək ki, hesabat ayında birjada Azərbaycan manatının USD/AZN_TOD aləti üzrə ABŞ dollarına qarşı məzənnəsi dəyişilməz qalıb - hər USD görə 0,7830 AZN təşkil edib. Milli valyutanın ABŞ dollarına nisbi ortaölçülü birja məzənnəsi aprel ayında 0,7840 AZN bərabər olub.

BEST sistemində fəaliyyət göstərən mütəşəkkil banklararası kredit bazarında market-meyker statusu alan banklar tərəfindən cari ilin aprel ayında 90 günlük alət üzrə verilən sifarişlər əsasında hesablanan BakİBOR indeksi manat vəsaitləri üzrə illik 10,37%, ABŞ dolları üzrə isə 10,71% təşkil edib. BakİBİD tarifi 90 günlük müddətində manatla illik 5,29% və ABŞ dolları ilə 5,27% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR