Xamneyinin qudası prezidentliyə namizədliyini geri götürüb

Xamneyinin qudası prezidentliyə namizədliyini geri götürüb
# 10 iyun 2013 13:56 (UTC +04:00)

APA-nın məlumatına görə, Q.Adil yaydığı bəyanatda İran vətəndaşlarını mühafizəkarları, xüsusilə islam inqilabının dəyərlərinə, ayətullah Musəvi Xomeyni və ali dini lider, Əli Xamneyinin niyyətlərinə sadiq olan namizədlərə səs verməyə çağırıb.

Qeyd edək ki, Q.Adil 1966-1968-ci illərdə Tehran və Pəhləvi universitetlərində “Fizika” fakültəsi üzrə bakalavr və magistr pillələrini oxuyub. 1972-ci ildə Tehran Universitetinin Ədəbiyyat İnstitutunda fəlsəfə üzrə magistr dərəcəsi, 1974-cü ildə də doktorluq dərəcəsi alıb. Q.Adil İran Məsləhət Şurasının üzvü, Fars dili və ədəbiyyatı Akademiyasının sədri, IX çağırış İran parlamentinin sədri olub, VI və IX çağırış İran parlamentində Tehran şəhərini təmsil edib. Hazırda “Ədalət və İnkişaf” və ya “2+1” seçki koalisiyasının üzvüdür. Eyni zamanda Q.Adil İranın ali dini lideri, ayətullah Əli Xamneyinin qudasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR