“Taliban” İSAF hərbçilərinin qətlinə görə məsuliyyəti öz üzərinə götürüb

“Taliban”  İSAF hərbçilərinin qətlinə görə məsuliyyəti öz üzərinə götürüb
# 12 fevral 2014 22:07 (UTC +04:00)

APA-nın İTAR-TASS agentlyinə istinadən verdiyi məlumata görə, hücum fevralın 12-də, axşam saatlarında Əfqanıstanın şərqində baş verib.


Şahidlər atışma zamanı bir neçə dinc sakinin xəsarət aldıqlarını bildirirlər. Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin (İSAF) rəhbərliyi iki əsgərin ölümünü təsdiqləyib.

Bununla belə, “Taliban” hərəkatı yerli və xarici güc strukturları nümayəndələri ilə yanaşı hücum nəticəsində 8 nəfərin öldüyünü, 5 nəfərin yaralandığı barəsində bəyanat yayıb. Yerli KİV-lərin xəbərlərinə görə, Əfqanıstanın şərqində bir neçə gündür ki irimiqyaslı terrora qarşı əməliyyat keçirilir.

Son məlumatlara əsasən, yerli güc strukturlarının bölmələri və Beynəlxalq təhlükəsizliyə yardım qüvvələri 40-dan çox yaraqlını məhv edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR