Rusiyanın Stavropol diyarında antiterror əməliyyatı aparılır

Rusiyanın Stavropol diyarında antiterror əməliyyatı aparılır
# 08 yanvar 2014 21:29 (UTC +04:00)

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, antiterror əməliyyatı rejimi Predqornı və Kirov rayonlarında yanvarın 8-i, saat 23:00-dan qüvvəyə minib.

Bundan əvvəl, Kirov rayonu ərazisində, “VAZ-2105” markalı avtomobilin içində güllələnmiş kişi meyiti tapılıb. Qonşu küçədə isə “VAZ-2107” markalı avtomobilin yük yerində daha bir meyit tapılıb. Avtomobillərdən birinin yanında partlayıcı qurğu aşkarlanıb.

İçərisində kişi meyiti olan daha bir avtomobil isə Predqornı rayonunda tapılıb. Polis hadisə yerinə çatdıqda, avtomobildən 20 metr aralıda partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində zərərçəkən olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR