Azərbaycan Rumıniya sənayesinə investisiya yatırmaq imkanlarını araşdırır

Azərbaycan Rumıniya sənayesinə investisiya yatırmaq imkanlarını araşdırır
# 18 dekabr 2013 14:25 (UTC +04:00)

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, səfər zamanı Rumıniyanın İqtisadi İnkişaf və Enerji nazirliklərində görüşlər keçirilib, ARDNŞ-in Rumıniya sənayesinə investisiya yatırmaq imkanları, AGRI (Azerbaijan-Georgia-Roumania Interconnector) layihəsinin reallaşdırılmasına münasibəti müzakirə edilib.

Görüşlərdə ARDNŞ-in emal üzrə vitse-prezidenti David Məmmədov, «Azərikimya» İstehsalat Birliyinin rəhbəri Muxtar Babayev, Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov, ARDNŞ-in Rumıniyadakı nümayəndəliyinin rəhbəri Həmzə Kərimov, Rumıniyanın İqtisadi İnkişaf Nazirliyinin dövlət katibi Boqdan Badea, Enerji Nazirliyinin dövlət katibi Mixay Albulesku, Neft-qaz Departamentinin müdiri və AGRI layihəsi İdarə Heyətinin üzvü Korneliu Kondrea iştirak ediblər.

ARDNŞ-in nümayəndə heyəti Rımniku Vılça şəhərində «Oltchim» kimya kombinatına baş çəkib, istehsalat prosesləri ilə tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR