Nəqliyyat Nazirliyi taksi sürücüsünün körpüdən yıxılmasına münasibət bildirib - YENİLƏNİB - VİDEO

Nəqliyyat Nazirliyi taksi sürücüsünün körpüdən yıxılmasına münasibət bildirib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 23 aprel 2014 14:29 (UTC +04:00)

Bu barədə APA-ya Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidmətinin səlahiyyətli nümayəndəsi Əmrah Cəfərov bildirib.

Ə. Cəfərov deyib ki, Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat Xidmətinin Bakı Sərnişin Nəqliyyat İdarəsinin əməkdaşları reyd apararkən taksi sürücüsü Vüsal Həsənovdan taksi xidməti üçün ödənilən dövlət rüsumunun çekini istəyiblər, Vüsal isə müfəttişlərə sənədi olmadığını bildirib: “Bu vaxt Vüsal Həsənovun yanında olan şəxslər məsələyə müdaxilə ediblər. Onun yanında olan şəxslərdən biri müfəttişin ayağına təpik vurub, sonra müfəttişin idarə etdiyi xidməti avtomobilin dövlət nömrə nişanını çıxararaq, avtomobilin şüşələrini yararsız hala salıblar. Müfəttişlər hadisə yerindən uzaqlaşandan sonra Vüsal, atası və yanlarında olan digər şəxslər onları təqib ediblər. Vüsal təqib zamanı avtovağzalın qarşısında olan pilləkənləri düşərkən yıxılıb. O, xəstəxanaya yerləşdirilib, tibbi yardım göstərilib”.

Ə. Cəfərov hadisə barədə Binəqədi Rayon Prokurorluğuna və Polis İdarəsinə məlumat verildiyini də bildirib.

***

saat 16.49

Bakı. Fuad Cəfərov - APA. Nəqliyyat Nazirliyinin əməkdaşları ilə taksi sürücüsü arasında insident yaşanıb.


Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında qeydə alınıb.

Nəqliyyat Nazirliyinin əməkdaşları Bakı Beynəlxalq Avtovağzalı ətrafında reyd keçirərkən 1983-cü il təvəllüdlü taksi sürücüsü Vüsal İlqar oğlu Həsənovun idarə etdiyi avtomobili saxlayıblar. V. Həsənov taksi xidməti göstərmək üçün lazımi sənədləri olmadığına görə qaçmaq istəyərkən körpüdən yıxılıb.

V. Həsənovun atası isə APA -ya açıqlamasında bildirib ki, oğlu taksi xidməti ilə məşğul olmur: “Vüsal Heydər Əliyev adına Dərin Özüllər Zavodunda sürücü işləyir. Nəqliyyat Nazirliyinin əməkdaşları oğlumun idarə etdiyi avtomobili saxlayaraq, onları Xırdalan aparmağı xahiş edib. Onlar avtomobilə oturandan sonra maşının açarlarını çıxararaq, oğlumu döyüblər. Vüsalın vəziyyəti indi çox pisdir, danışa bilmir”.

V. Həsənovun müalicəsi Klinik Tibbi Mərkəzdə davam etdirilir.

Nəqliyyat Nazirliyindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR