Ötən il qazdan qanunsuz istifadəyə görə ARDNŞ-ə 5,6 mln. manat ziyan vurulub

Ötən il qazdan qanunsuz istifadəyə görə ARDNŞ-ə 5,6 mln. manat ziyan vurulub
# 23 yanvar 2014 14:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ötən il Azərbaycanda təbii qazdan istifadə qaydalarının pozulmasına görə 10 878 əhali və 498 qeyri-əhali kateqoriyasına aid abonentlərin qaz təsərrüfatına müvafiq «qüsur aktı» tərtib edilib.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA-Economics»ə verilən məlumata görə, 18 253 istehlakçı isə təbii qazdan qeyri-qanuni istifadə etdiyinə görə abonent bazasında qeydiyyata alınıb. Tərtib olunmuş «qüsur aktları»na əsasən, dəymiş ziyan 5 623 076 manat dəyərində hesablanıb.

Qeyd edək ki, ötən il ərzində tərtib olunmuş «qüsur aktları»nın miqdarı 2012-ci illə müqayisədə 1 404 ədəd az olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR