Məzahir Pənahov Rusiya MSK-nın sədri Vladimir Çurovla görüşüb

Məzahir Pənahov Rusiya MSK-nın sədri Vladimir Çurovla görüşüb
# 09 oktyabr 2013 10:15 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Rusiya MSK-nın sədri Vladimir Çurovla görüşüb.

APA-nın məlumatına görə, MSK sədri seçkilərə hazırlıq prosesi barəsində məlumat verərək, bildirib ki, Azərbaycanda seçkilərin azad və ədalətli keçirilməsi üçün beynəlxalq təcrübədə mövcud olan bütün standartlar tətbiq olunub. O, seçkilərin yüksək səviyyədə keçirilməsi üçün münbit mühitin olması ilə yanaşı, lazımı şəraitin yaradıldığını da qeyd edib.

M. Pənahov seçici fəallığı artdığını da qeyd edib.

V. Çurov prezident seçkilərinə hazırlıq səviyyəsini yüksək qiymətləndirib və seçici fəallığının yüksək olacağına ümid etdiyini də qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR