Vaşinqton ABŞ vətəndaşlarına Ukraynaya səfər etməməyi məsləhət görür

Vaşinqton ABŞ vətəndaşlarına Ukraynaya səfər etməməyi məsləhət görür
# 06 iyun 2014 09:48 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. ABŞ Dövlət departamenti ABŞ vətəndaşlarına Ukrayna və Krıma səfər etməməyi məsləhət görüb.

APA-nın məlumatına görə, ABŞ Dövlət departamentinin yaydığı xəbərdarlıqda qeyd olunur ki, Ukraynanın Donetsk və Luqansk vilayətlərində hökumət qüvvələri ilə Rusiyameyilli qruplaşmalar arasında toqquşmalar davam edir.

“Rusiya Krımı işğal edib. Odessaya səfər edən zaman da ehtiyatlı olun. Ukraynada proqnozlaşdırılmayan və tezliklə dəyişə biləcək vəziyyət hökm sürür. Ukraynada olan amerikalılar əhalinin sıx toplaşdığı yerlərə getməkdən çəkinməlidirlər”, - deyə sənəddə vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR