Ağdamda avtomatik yanğınsöndürmə topunun təqdimat mərasimi keçirilib - FOTO

Ağdamda avtomatik yanğınsöndürmə topunun təqdimat mərasimi keçirilib - <span style="color: red;">FOTO
# 30 aprel 2014 09:10 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Ağdam rayonunda avtomatik yanğınsöndürmə topunun təqdimat mərasimini keçirib.

Xidmətdən APA-ya verilən məlumata görə, təqdimat Ağdam Mərkəzi Rayon Xəstəxanasında və Rayon Mədəniyyət Evində baş tutub. Tailandda istehsal olunmuş avtomatik yanğınsöndürmə topunun təqdimatında bildirilib ki, insan müdaxiləsi, mexaniki təsir olmadan topa kiçik bir alışma, alov toxunarkən aktivləşir, yanğın 3-5 saniyə müddətində sönür.

Tədbir iştirakçılarına avtomatik yanğınsöndürmə topunun texniki xüsusiyyətləri haqqında məlumat verilərək qeyd olunub ki, bu yanğınsöndürmə vasitəsini alovun mərkəzinə atmaqla yanğını dərhal söndürmək mümkündür və onu yanğın zamanı tətbiq etmək üçün heç bir yaş məhdudiyyəti və xüsusi texniki təlimə ehtiyac yoxdur, ekoloji cəhətdən təhlükəsizdir.

Təqdimat mərasimlərində tədbir iştirakçıları avtomatik yanğınsöndürmə topunun saxlanılması qaydaları haqqında məlumatlandırılmış, onların sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR