Azərbaycanda avtomobil istehsalı 3,3 dəfə artıb

Azərbaycanda avtomobil istehsalı 3,3 dəfə artıb
# 13 iyun 2014 14:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ili yanvar-may aylarında Azərbaycanda maşın və avadanlıqların istehsalı, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı müəssisələri tərəfindən 152,3 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalında 4,7%, avtomobil və qoşquların istehsalında 2,6 dəfə, nəqliyyat vasitələrinin istehsalında isə 2,8 dəfə artım müşahidə olunub.

Belə ki, bu ilin 5 ayında Azərbaycanda 1 040 ədəd minik avtomobili istehsal edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur. Ölkədə 125 ədəd yük avtomobili istehsal edilib ki, bu da analoji dövrün göstəriciləri ilə müqayisədə 2,3 dəfə çoxdur.

Bu ilin yanvar-may aylarında 537 ədəd traktor istehsal edilib ki, bu da 2013-cü ilin yanvar-may aylarına nisbətdə 73,2% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR