Gəncədə uşaq bağçasının həyətində qumbara tapılıb - VİDEO

Gəncədə uşaq bağçasının həyətində qumbara tapılıb - <span style="color: red;">VİDEO
# 04 yanvar 2014 11:29 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərinin Dədə Qorqud küçəsində yerləşən 43 saylı uşaq bağçasının həyətində qumbara tapılıb. APA-nın qərb bürosunun xəbərinə görə, həyətdə qazıntı aparan fəhlələr yerin altından “F-1” əl qumbarası tapıblar. Dərhal Kəpəz rayon Polis İdarəsinə məlumat verilib. Tətil günləri ilə əlaqədar bağçada uşaq olmasa da, binanın bir hissəsində məskunlaşan məcburi köçkünlər yaşadıqları yerdən təxliyyə ediliblər. Bağçada Kəlbəcər rayonundan olan 20-yə yaxın məcburi köçkün ailəsi məskunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR