Azərbaycanda magistral kəmərlərlə neftin nəqli azalıb

Azərbaycanda magistral kəmərlərlə neftin nəqli azalıb
# 22 avqust 2013 10:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda magistral neft kəmərləri ilə 25,4 mln. ton neft nəql edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqletmənin 75%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib, bu ilin birinci yarısında bu kəmər vasitəsilə 19,4 mln. ton neft ötürülüb.

Dövr ərzində gəmilər vasitəsilə ölkəyə gətirilərək Səngəçal terminalından BTC kəməri ilə 1,9 mln. ton tranzit Türkmənistan nefti nəql edilib.

Magistral qaz kəmərləri ilə 11,6 mlrd. kub-metr qaz nəql olunub. Bu həcm ötən ilin eyni dövrü ilə müqayisədə dəyişməz qalıb. Nəql edilmiş qazın 21,9%-i Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR