“Əl-Qaidə” lideri Suriyada döyüşən qüvvələri Bəşər Əsədə qarşı birləşməyə çağırıb

“Əl-Qaidə” lideri Suriyada döyüşən qüvvələri Bəşər Əsədə qarşı birləşməyə çağırıb
# 23 yanvar 2014 09:02 (UTC +04:00)

Bakı – APA. “Əl-Qaidə” terror təşkilatının lideri Ayman əl-Zəvahiri Suriyada döyüşən qüvvələrə müraciət edib.

APA – nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, A. Zəvahiri islamçıları və Suriya Milli Koalisiyasında birləşən müxalifət qüvvələri Bəşər Əsədə qarşı birləşməyə çağırıb.

“Suriyalı mücahidlərin bir-biri ilə döyüşdüyünü gördükdə, ürəyimiz ağrıyır”, - deyə A. Zəvahiri videomüraciətində bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR