Əli İnsanovun hüquqlarını müdafiə komitəsinin sədri Ümid Partiyasında şöbə müdiri təyin olunub - YENİLƏNİB

Əli İnsanovun hüquqlarını müdafiə komitəsinin sədri Ümid Partiyasında şöbə müdiri təyin olunub - <span style="color: red;">YENİLƏNİB
# 23 oktyabr 2013 13:40 (UTC +04:00)

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiya sədrinin imzaladığı sərəncamlara əsasən Məmmədli Nəsimi Əhməd oğlu İcra Aparatının rəhbəri, Quliyeva Könül Fərhad qızı Ailə, Qadın və Uşaq problemləri, Əliyev Taleh Məhəmməd oğlu Seçki və Təbliğat məsələləri, Muradov Rüfət Habil oğlu Xaricdə yaşayan həmvətənlər və diaspora üzrə sədr müavinləri, Talıbov Rizvan Rəşid oğlu Yerli idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib. R. Talıbov Əli İnsanovun hüquqlarını müdafiə komitəsinin sədri olub.

Qeyd edək ki, Ümid Partiyasının avqustun əvvəlində keçirilən növbəti qurultayından sonra Rəyasət Heyəti partiyanın nizamnaməsinə uyğun olaraq buraxılıb. Qurultaydan dərhal sonra seçkilərə start verilməsi, imza toplama və təbliğat-təşviqat kampaniyasının başlanması səbəbindən sədr müavinlərinin və şöbə müdirlərinin təyinatı seçkidən sonraya saxlanılıb.

Yaxın günlərdə digər sədr müavinlərinin də təyinatı ilə bağlı partiya sədrinin yeni sərəncamlar verəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR