ABŞ ATƏT regionunda adi silahların monitorinqinin aparılmasını təklif edib - FOTOSESSİYA

ABŞ ATƏT regionunda adi silahların monitorinqinin aparılmasını təklif edib - <span style="color: red;">FOTOSESSİYA
# 30 iyun 2014 07:51 (UTC +04:00)

APA-nın məlumatına görə, iclasa Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, büro üzvü Azay Quliyev sədrlik edir.

Toplantıda Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin qətnamə layihəsinə düzəlişlər müzakirəyə çıxarılıb. ATƏT PA-dakı Rusiya nümayəndə heyətinin üzvü, Dövlət Dumasının MDB, Avrasiya İnteqrasiya və Həmvətənlərlə Əlaqə Məsələləri üzrə Komitənin sədri Leonid Slutski çıxışında deyib ki, Ukrayna prezidenti Petro Poroşenko tərəfindən atəşkəs elan olunmasına baxmayaraq, Ukrayna ordusu hərbi əməliyyatları davam etdirir. O iddia edib ki, bir gün əvvəl Rusiyanın Rostov vilayətinə Ukrayna tərəfdən mərmilər düşüb, bir neçə nəfər ciddi xəsarət alıb. L. Slutski qəbul ediləcək qətnamənin konstruktiv ruhda olmasını zəruri sayıb.

ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Roger Viker isə ATƏT məkanında adi silahların monitorinqinin aparılması məsələsini qaldırıb və bununla bağlı qətnamə layihəsinə düzəliş təklif edib. Finlandiya parlamentinin deputatı Pia Kauma adi silahların qanunsuz satışının münaqişə zonalarında gərginliyin artmasına xidmət etdiyini bildirib.

Düzəliş qəbul olunub. Müzakirələr davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR