Şahmar Ələkbərovun 70 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib

Şahmar Ələkbərovun 70 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib
# 30 avqust 2013 16:49 (UTC +04:00)

Bakı. Cavid Zeynalov-APA. Dövlət Film Fondunda xalq artisti, rejissor və aktyor Şahmar Ələkbərovun 70 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib. APA-nın məlumatına görə, Dövlət Film Fondunun direktoru, rejissor Cəmil Quliyev Şahmar Ələkbərovun yaradıcılığı, kino fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. Cəmil Quliyev bildirib ki, Şahmar Ələkbərovun həm aktyor, həm də rejissor kimi fəaliyyətini Azərbaycan kinosunun böyük uğuru kimi qiymətləndirmək olar.

Əməkdar İncəsənət xadimi, kinoşünas Aydın Kazımzadə Şahmar Ələkbərovun çəkildiyi filmlərindən, rejissor kimi kino fəaliyyətindən danışıb, xatirələrini bölüşüb: “Şahmar Ələkbərov həmişə yad olunacaq. O, Azərbaycan kinosunda həm rejissor, həm də aktyor kimi dərin iz qoyub”.

Aydın Kazımzadə aktyorun çəkildiyi “Axırıncı aşırım”, “Qatır Məmməd”, “Babək”, “Yeddi oğul istərəm” və s. filmlərdə Şahmar Ələkbərovun yaratdığı obrazlardan danışıb.

Xalq artisti Əminə Yusifqızı tərəf müqabili kimi Şahmar Ələkbərovun kino və radio fəaliyyətindən danışıb, M. Arazın “Yaşadım” şeirini səsləndirib.

Xalq artisti Nuriyyə Əhmədova və başqaları aktyor haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Anım tədbirində Şahmar Ələkbərovun çəkildiyi “Axırıncı aşırım”, “Qatır Məmməd”, “Mən ki gözəl deyildim” və s. filmlərdən fraqmentlər nümayiş edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR