Dow Jones indeksi 0,9%, S&P 500 0,7%, Nasdaq 0,6% yüksəlib

Dow Jones indeksi 0,9%, S&P 500 0,7%, Nasdaq 0,6% yüksəlib
# 11 sentyabr 2013 06:48 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 15 191 bəndədək, S&P 500 0,7% - 1 684 bəndədək, Nasdaq 0,6% - 3 729 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsi Çində sənaye istehsalının illik müqayisədə 10,4% artması və Suriya ilə bağlı gərginliyin müəyyən dərəcədə azalması fonunda baş verib.

Avropa fond bazarlarında sentyabrın 10-da FTSE 100 indeksi 0,8% - 6 584 bəndədək, Almaniya DAX-ı 2,1% - 8 447 bəndədək, Fransa CAC-40-ı isə 1,9% - 4 117 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1 363,2 dollar bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3254 dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR