Abbas Əraqçı: “Bəzi ölkələrin ifrat gözləntiləri nüvə müzakirələrinin irəliləməsi üçün ciddi maneədir”

Abbas Əraqçı: “Bəzi ölkələrin ifrat gözləntiləri nüvə müzakirələrinin irəliləməsi üçün ciddi maneədir”
# 30 iyun 2014 13:40 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Altılığ”a daxil olan bəzi ölkələrin ifrat gözləntiləri və tələbləri nüvə müzakirələrinin irəliləməsi üçün ciddi maneədir”. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı bildirib.

Onun sözlərinə görə, Qərb ölkələrinin ifrat istəkləri onların içərisində olduqları qorxudan qaynaqlanır: “Qarşı tərəf razılaşmanın əldə edilməsi mövzusunda ciddi olması üçün keçmişdə də onların müzakirələrdə içərisində olduqları bu qorxulardan özlərini qurtarması lazımdır. Bu mövzuda lazımi iradənin olmaması başqa məsələdir. Ancaq razılaşma üçün sədaqət və iradələrinin olduğunu iddia edirlərsə, bu kimi davranışlardan çəkinməlidirlər. Hazırda fikir ayrılığı bütün mövzularda müxtəlif ölçülərdə var. Ancaq İranın uranın zənginləşdirilməsi haqqı prinsipi anlaşılmazlıq mövzusu deyil. Müzakirələrin müvəffəqiyyətlə nəticələnməsi qarşı tərəfin iradəsindən asılıdır. Uranın zənginləşdirilməsi başda olmaqla dinc məqsədli nüvə enerjisindən faydalanmaq Nüvə silahlarının istehsalı və yayılmasının qarşısının alınması Müqaviləsinin (NPT) üzvü olan bütün ölkələrin əsas haqqıdır. Başqalarının bu haqqı tanıyıb-tanımaması bu hüququn mahiyyətini dəyişdirməyəcək. Nüvə enerjisindən faydalanmaq haqqı mövcud bir haqdır və heç kim bu hüquqi nə verə, nə də ala bilər”.

A.Əraqçı deyib ki, İrana qarşı tətbiq edilmiş sanksiyaların qısa müddətdə aradan qaldırılması əsas tələblərdən biridir: “Bunun əvəzində İranın üzərinə götürdüyü öhdəliklər çərçivəsində bəzi addımların atılması üçün müəyyən vaxt lazımdır və tezliklə həyata keçirilməyəcək məsələdir”.

Nazir müavini həmçinin İranla “altılıq” ölkələri arasındakı növbəti nüvə müzakirələrinin 2-22 iyul tarixləri arasında Vyanada keçiriləcəyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR