Qubada “KamAZ” piyadanı vuraraq öldürüb

Qubada “KamAZ” piyadanı vuraraq öldürüb
# 24 oktyabr 2013 06:47 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Qubada ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Bakı-Quba-Rusiya Federasiyası yolunun 150-ci km-də, Paşaoba kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Abdullayev Mənsur Babaverdi oğlu idarə etdiyi 90 KD 124 dövlət nömrə nişanlı, “KamAZ” markalı avtomaşınla piyada Quba rayon Bəlqov kənd sakini, 1954-cü il təvəllüdlü Hümmətəli Ayəttin oğlu Həlimovu vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR